BMT-də Kofi Annanın əvəzedicisini seçəcəklər

BMT-də Kofi Annanın əvəzedicisini seçəcəklər
# 07 avqust 2012 00:48 (UTC +04:00)
Bakı-APA. BMT-nin Baş katibi Pan Ki Mun BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi təmsilçi Kofi Annanı əvəz edən şəxsin müəyyən olunmasında Rusiya daxil olmaqla BMT Təhlükəsizlik Şurasının bütün üzvlərinin mövqeyi nəzərə alır.
APA-nın verdiyi xəbərə görə, bu barədə BMT-nin qərargahında keçirilən brifinqdə baş katibin nümayəndəsi Martin Nesirke deyib.
O bildirib ki, belə məsuliyyətli vəzifəyə təyin olunmasında öncə diskussiyaların keçirilməsi yaxşı haldır.

Martin Nesirke deyib ki, BMT namizədin adının açıqlamasına yaxındır, lakin bu addımı atmağa hazır deyil.

Xatırladaq ki, avqustun 2-də BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi təmsilçi Kofi Annan tutduğu vəzifədən istefa verib.
Kofi Annan tərəfindən irəli sürülən planda Suriyada hərbi texnikanın şəhərlərdən çıxarılması və hər iki tərəfin zorakılığa son qoyması əksini tapmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR