Bank Of Baku

Arizonada Konqres üzvünü yaralayan şəxs ömürlük həbs cəzasına məhkum olunub

Arizonada Konqres üzvünü yaralayan şəxs ömürlük həbs cəzasına məhkum olunub
# 09 avqust 2012 00:56 (UTC +04:00)
Bakı-APA.2011-ci ilin yanvar ayında ABŞ-ın Arizona ştatında atəş açaraq ABŞ Konqresinin nümayəndəsini yaralayan və altı nəfəri öldürən silahlı şəxs məhkəmə qarşısında günahını etiraf edib.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Cered Lafnerin Arizona ştatının Tukson şəhərində günahını etiraf etməsi onun cinayətə görə ölüm cəzasından yayınmasına imkan verib. Ədalət məhkəməsi bildirib ki, günahını etiraf etmə razılığının şərtlərinə görə, Lafner yeddi dəfə ardıcıl ömürlük və əlavə 140 il müddətinə həbs cəzasına məhkum ediləcək.

Prokuror deyib ki, Lafner ömrünün qalan hissəsini həbsdə keçirəcək. Ötən il baş vermiş cinayət hadisəsi ABŞ Konqresinin üzvü Qabriel Qifordsun ciddi yaralanması üzündən beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR