Bank Of Baku

ABŞ prezidenti İrana qarşı yeni sanksiyaları barədə qanunu imzalayıb

ABŞ prezidenti İrana qarşı yeni sanksiyaları barədə qanunu imzalayıb
# 11 avqust 2012 12:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ prezidenti Barak Obama Konqres tərəfindən avqustun 2-də qəbul edilən İrana qarşı yeni sanksiyalar barədə qanunu imzalayıb. «APA-Economics»in xəbərinə görə, bu barədə «Associated Press» məlumatı yayıb.

Yeni qanun İranla birgə nüvə silahının istehsalı üçün zəruri olan uran və radioaktiv maddələrin hasilatı ilə məşğul olan şirkətlərə, İrana tankerlər təqdim edən və ya İrana məxsus tankerləri sığortalayan şirkətlərə, həmçinin İranın yanacaq sənayesi ilə hər hansı əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyaları nəzərdə tutur.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı ölkələri İran tərəfindən nüvə silahının hazırlandığını şübhə edir, lakin İran nüvə proqramının sülh xarakteri daşıdığını bəyan edir.

İran OPEC ölkələri sırasında Səudiyyə Ərəbistanından sonra ən iri neft istehsalçısıdır. İran neftinin ən iri istehlakçısı Çindir, bu ölkə İran neftinin 20%-ni alır. OPEC-in hesablamalarına görə, İran neftinin illik ixracatı 71,6 mlrd. dollara bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR