Bank Of Baku

ABŞ Suriya üzərində uçuşa qadağan zonanın yaradılmasını nəzərdən keçirir

ABŞ Suriya üzərində uçuşa qadağan zonanın yaradılmasını nəzərdən keçirir
# 14 avqust 2012 04:45 (UTC +04:00)
Bakı-APA. ABŞ Əsəd rejiminə təzyiqin bütün variantlarını nəzərdən keçirir və Suriya üzərində uçuşa qadağan zonasının yaradılmasını istisna etmir. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cey Karni bəyan edib.

Bir neçə gün öncə Suriya müxalifəti ölkənin Türkiyə və İordaniya ilə sərhədində uçuşa qadağan zonasının yaradılması barədə beynəlxalq birliyə müraciət etmişdi.

Uçuşa qadağan zonası ötən il Liviya münaqişəsində elan edilmişdi və bu məqam sonradan NATO qoşunlarının münaqişəyə birbaşa müdaxilə etmələri üçün formal səbəb olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR