Bank Of Baku

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “İsrail hərbi müdaxilə ilə İranın nüvə proqramı sahəsində əldə etdiyi nailiyyətlərin qarşısını ala bilməz”

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “İsrail hərbi müdaxilə ilə İranın nüvə proqramı sahəsində əldə etdiyi nailiyyətlərin qarşısını ala bilməz”
# 16 avqust 2012 13:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İsrailin İranın nüvə obyektlərinə hərbi müdaxilə edəcəyinə inanıram”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Martin Dempsi deyib.

İsraildə nəşr olunan “Haaretz” qəzetinin yazdığına görə, amerikalı general bildirib ki, İranla bağlı mövqeyi dəyişməyib: “Mən indi də açıq şəkildə bunu ifadə etmək istəyirəm. Mənim İranın nüvə proqramı haqqında heç bir məlumatım yoxdur. Dolayısı ilə bu mövzuda nə söyləyirəmsə, əvvəldən bildiklərimdir. Bu da onların gücü ilə bağlı məlumatların hamısı deyil. Lakin mən bu söylədiyimin də ədalətli olduğuna inanıram. İsrail hərbi müdaxiləsi ilə yalnız İranın nüvə proqramını bir müddət təxirə sala bilər, amma bu ölkənin əldə etdiyi nailiyyətlərin qarşısını ala bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR