Bank Of Baku

ABŞ Fələstinə 200 milyon dollar yardım ayıracaq

ABŞ Fələstinə 200 milyon dollar yardım ayıracaq
# 18 avqust 2012 02:52 (UTC +04:00)
Bakı-APA. ABŞ bu il Fələstinə 200 milyon dollar həcmində yardım ayıracaq. Bu barədə ABŞ Dövlət departamenti məlumat verib.

«Biz 2012-ci maliyyə ilində fələstinlilərə yardımı davam etdirmək üçün Konqreslə işləyirik. Bura 200 milyon dollar həcmində birbaşa maliyyə yardımı da daxildir. Xatırladırıq ki, ABŞ 2011-ci ildə də Fələstin muxtariyyətinə 200 milyon dollar məbləğində birbaşa maliyyə yardımı göstərib», deyə məlumatda bildirilir.

Dövlət departamenti xatırladıb ki, ABŞ Fələstin muxtariyyətinə İsraillə nizamlama danışıqlarına dəstək siyasəti çərçivəsində yardım göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR