Bank Of Baku

Hillari Klinton dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib

Hillari Klinton dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib
# 20 avqust 2012 09:32 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. ABŞ dövlət katibi Hillari Klinton dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib. APA-nın ABŞ Dövlət Departamentinin mətbuat şöbəsinə istinadən verdiyi xəbərə görə, H. Klinton müqəddəs Ramazan bayramının Dövlət Departamentində hər il qeyd olunmasının böyük şərəf olduğunu bildirib.

“Bütün dünya müsəlmanlarına dinc və sevinc dolu bayram arzu edirəm. ABŞ və bütün dünya müsəlmanları öz zəngin adətlərinə görə ailə, xeyriyyə və icma dəyərlərini qeyd etmək üçün bu xüsusi gündə bir yerdə toplaşırlar”, - deyə təbrikdə bildirilir.

Dövlət katibi bu bayramın indiki dəyişiklik və qeyri-müəyyənlik dövründə insanları birləşdirdiyini və mədəniyyətlərarası anlaşma yaratdığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR