Bank Of Baku

ABŞ İrana dəstək verdiyinə görə Ermənistana xəbərdarlıq edib

ABŞ İrana dəstək verdiyinə görə Ermənistana xəbərdarlıq edib
# 22 avqust 2012 13:06 (UTC +04:00)
APA-nın bildirdiyinə görə, bu barədə Türkiyənin NTV telekanalının saytı məlumat yayıb.

İddialara görə, Ermənistan və İraq bankları beynəlxalq maliyyə transferləri ilə İran iqtisadiyyatına dəstək olur. Ermənistanı şübhəli ölkələr siyahısına salan məqam isə bu ölkədəki İran mənşəli bankların yerinə yetirdiyi beynəlxalq əməliyyatlardır. ABŞ 2007-ci ildə Ermənistana İran üçün əməliyyatlar gerçəkləşdirməmək barədə xəbərdarlıq edib.

ABŞ buna görə İraq Mərkəzi Bankı başda olmaqla, bir sıra ölkələrdən xeyli sayda bankı İran adına böyük həcmdə maliyyə transferi gerçəkləşdirməkdə ittiham edir. Hazırda İraq və İran arasında illik ticarət dövriyyəsi 11 milyard dollar təşkil edir. İraqın İrana başqa bir yardımı isə neft qaçaqmalçılığıdır. İranın embarqo qoyulmuş neftinin bölgəyə İraq üzərindən satdığı irəli sürülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR