Bank Of Baku

ABŞ “USS Stennis” avidaşıyıcısını vaxtından əvvəl Fars körfəzinə göndərib

ABŞ “USS Stennis” avidaşıyıcısını vaxtından əvvəl Fars körfəzinə göndərib
# 25 avqust 2012 09:23 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “USS Stennis” avidaşıyıcısını vaxtından dörd ay əvvəl Fars körfəzinə göndərmək barədə qərar qəbul edib. APA-nın məlumatına görə, buna səbəb İranın əcnəbi neft tankerlərinə hədə-qorxu gəlməsi, Suriya və Əfqanıstandakı qeyri-sabit vəziyyətdir.

ABŞ-ın müdafiə naziri Leon Panetta gəminin yola salınması mərasimində çıxışı zamanı İran və Suriyanı ciddi təhlükə mənbəyi adlandırıb: “Gəminin göndərilməsi Yaxın Şərqdə müxtəlif təhlükələrə cavab kimi dəyərləndirilməlidir”.

Qeyd edək ki, Ərəb dənizi və Fars körfəzində 7 ay ezamiyyətdə olan “USS Stennis” aviadaşıyıcısı mart ayında ABŞ-ın Sietl limanına geri dönmüşdü. Ezamiyyətdə olduğu müddətdə gəmidəki mindən çox hərbi təyyarə İraq və Əfqanıstanda əməliyyat aparmaq məqsədilə uçuşlar həyata keçirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR