Bank Of Baku

BMT: 8 ildən sonra Qəzza zolağı həyat üçün yararsız olacaq

BMT: 8 ildən sonra Qəzza zolağı həyat üçün yararsız olacaq
# 28 avqust 2012 01:43 (UTC +04:00)
Bakı-APA. 2020-ci ilədək Qəzza zolağı həyat üçün yararsız vəziyyətə düşə bilər. Bu barədə BMT-nin dərc olunmuş hesabatında bildirilir.

Xatırladaq ki, 2007-ci ildən Qəzza zolağı HƏMAS islamçı hərbi təşkilatın nəzarətinə keçib. HƏMAS İsraillə daimi sülhün əleyhinədir. Zolaq İsrailin, həmçinin Misirin blokadası altındadır. İsrail blokadanı zolağa silah gətirilməsi ilə izah edir.

Hesabat müəlliflərinin fikrincə, blokada nəticəsində zolağın iqtisadiyyatı yaxın illərdə tamamilə sıradan çıxa bilər. Qəzza zolağında insanlar əsasən BMT-nin yardımı, xaricdən maliyyələşmə və «tunel iqtisadiyyatı»nın hesabına yaşayırlar. Tunellər vasitəsilə Misirdən qida məhsulları, tikinti materialları, elektronika və avtomobil gətirilir.

Qəzza zolağında əsas problemlərdən biri içməli su qıtlığıdır. Yaxın illərdə zolaqda içməli suya olan tələbat 60% artmalıdır. Hesabat müəlliflərinin fikrincə, Qəzza zolağında təcili dəniz suyunun şirinləşdirilməsi üzrə zavod tikilməlidir. Əks halda artıq 2016-cı ildə zolaqda yerli içməli su tamamilə yoxa çıxa bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR