Bank Of Baku

Luiziana ştatında fövqəladə vəziyyət elan olunub

Luiziana ştatında fövqəladə vəziyyət elan olunub
# 28 avqust 2012 03:49 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama «İsaak» tropik qasırğasının yaxınlaşması ilə əlaqədar Luiziana ştatında fövqəladə vəziyyət elan edib. Milli təhlükəsizlik nazirliyi və Fövqəladə hallar üzrə federal agentliyə əhaliyə yardım göstərilməsi səylərini əlaqələndirmək göstərişi verilib. Bu o deməkdir ki, federal büdcədən yerli hökumətlərə lazımi vəsaitlər ayrılacaq.

Meteoroloqların proqnozuna əsasən, bu gün «İsaak» qasırğası Luiziana və ya Missisipi ştatlarının ərazisində ABŞ-ın cənub sahillərinə çatacaq. Meksika körfəzinin bütün şimal sahilində qasırğa xəbərdarlığı elan olunub. «İsaak» qasırğası Haitidə 19 nəfərin həyatına son qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR