Bank Of Baku

Mit Romni Respublikaçılar partiyasının prezident seçkilərində rəsmi namizədidir

Mit Romni Respublikaçılar partiyasının prezident seçkilərində rəsmi namizədidir
# 29 avqust 2012 00:39 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Florida ştatının Tampa şəhərində Respublikaçılar partiyasının qurultayında Massaçutes ştatının sabiq qubernatoru Mit Romninin ABŞ-da keçiriləcək prezident seçkilərinə namizədliyi rəsmən irəli sürülüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Ronminin rəsmən prezidentliyə namizəd olmasını qurultaya sədrlik edən, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Co Boner elan edib. Qurultayda Romninin rəqibləri konqresmen Ron Pol, Nümayəndələr Palatasının üzvü Mişel Baqman və sabiq senator Rik Santorum olub.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 6-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR