Bank Of Baku

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri: “İranın 2013 və 2014-cü illərdən əvvəl atom bombası istehsal etməsi çətindir”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri: “İranın 2013 və 2014-cü illərdən əvvəl atom bombası istehsal etməsi çətindir”
# 04 sentyabr 2012 12:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Maykl Hayden İsrailin “Haaretz” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, İrana mümkün hərbi müdaxilədə ABŞ İsrailə görə daha müvəffəqiyyətli olacaq: “İsrailin hərbi gücünü zəif saymıram. Ancaq İranın nüvə obyektlərinin vurulmasının hər ordu üçün böyük çətinlik olduğunu düşünürük. ABŞ-la müqayisə edildiyində İsrailin imkanlarının məhdud olduğu ortadadır. Bundan başqa, vurulacaq hədəflər hələ tamamilə bilinmir. Yalnız ABŞ Hərbi-Hava Qüvvələri bunu bacara biləcək gücdədir. Ona görə də lazım gələrsə, İranı biz vurarıq”.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama 6 noyabr prezident seçkisindən əvvəl İsrailin İrana hərbi müdaxilə etməsinə mane törətməyə çalışır. Bu səbəbdən MKİ rəhbəri Devid Petreus Türkiyədən sonra İsraildə rəsmilərlə görüşərək, rəsmi Təl-Əvivə “ABŞ-dakı seçkidən əvvəl İranı vurmayın” mesajını verəcəyi bildirilir. Bundan əlavə, ABŞ prezidenti Barak Obamanın İsrailin hücumunun qarşısını almaq və İranı müzakirələri ciddi qəbul etməyə razı salmaq məqsədilə plan hazırladığı məlum olub. “The New York Times” qəzetinin xəbərinə görə, ABŞ sentyabrın sonunda 25-dən çox ölkənin iştirakı ilə Bəsrə körfəzində tarixin ən böyük hərbi manevrlərindən birini keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR