Bank Of Baku

Kanada İranla diplomatik münasibətləri dayandırıb

Kanada İranla diplomatik münasibətləri dayandırıb
# 07 sentyabr 2012 21:42 (UTC +04:00)
Bakı-APA. Kanada İrandakı səfirliyini bağlayıb, həmçinin bütün iranlı diplomatları Ottavadan çıxarır. Bu barədə ölkənin xarici işlər naziri Con Berd bəyan edib. «İranla Kanada arasında diplomatik əlaqələr dayandırılıb. Bütün kanadalı diplomatlar artıq İranı tərk ediblər. Ottavadakı iranlı diplomatlara ölkədən çıxmaq üçün 5 gün verilib», deyə o bildirib.

Berd bu addımı İranın Suriyaya yardımı və nüvə proqramı ilə izah edib. «Kanadanın İran rejiminə münasibəti yaxşı məlumdur. Kanada İran hökumətini bu gün qlobal sülh və təhlükəsizliyə ən böyük təhlükə kimi nəzərdən keçirir. İran rejimi Bəşər Əsəd hökumətin getdikcə artın hərbi yardım göstərir, özünün nüvə proqramına dair BMT qətnamələrini yerinə yetirməkdən imtina edir, daima İsrailin mövcudluğuna təhlükə törədir və irqçi, antisemit çıxışlar edir. Kanada hökuməti İranı terrorçuluğa yardım göstərən ölkələr siyahısına daxil edib», deyə XİN başçısı bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR