Bank Of Baku

Hillari Klinton: “Cekson-Venik düzəlişinin ləğvinə dair qanun bu ay qəbul oluna bilər”

Hillari Klinton: “Cekson-Venik düzəlişinin ləğvinə dair qanun bu ay qəbul oluna bilər”
# 08 sentyabr 2012 09:11 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Vaşinqtonda hesab edirlər ki, Cekson-Venik düzəlişlərinin ləğv edilməsi haqqında qanun bu ay qəbul oluna bilər. APA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən yaydığı məlumata görə, bu barədə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunda çıxışı zamanı ABŞ-ın dövlət katibi Hillari Klinton deyib.

“Ölkələrimiz burada, Rusiyada rəqabət apara bilsinlər deyə, biz Cekson-Venik düzəlişinin fəaliyyətinin dayandırılması üçün Konqreslə sıx əməkdaşlıq edirik”.

Qeyd edək ki, ABŞ-ın ticarət haqqında qanununa Cekson-Venik düzəlişi 1974-cü ildə edilib. Düzəlişin əsas məqsədi bazar iqtisadiyyatına malik olmayan ölkələrlə ticarət münasibətlərini məhdudlaşdırmaqdır. Bu məhdudiyyətlər SSRİ və sosialist ölkələrinə şamil edilirdi. Cekson-Venik düzəlişi Azərbaycana da tətbiq olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR