Bank Of Baku

“Əl-Qaidə” liderinin qardaşı Qərb ölkələrinə atəşkəs təklif edib

“Əl-Qaidə” liderinin qardaşı Qərb ölkələrinə atəşkəs təklif edib
# 11 sentyabr 2012 03:58 (UTC +04:00)
Bakı-APA. “Əl-Qaidə” beynəlxalq terror şəbəkəsinin lideri Ayman əz-Zəvahirinin qardaşı Məhəmməd CNN telekanalına müsahibəsində Qərb ölkələrinə islamçılarla atəşkəs sazişi imzalamağı təklif edib.

Məhəmməd əz-Zəvahirinin sözlərinə görə, o Qərb ölkələri və islamçı təşkilatlar arasında vasitəçi rolunu oynaya bilər.

Əz-Zəvahiri 10 illik atəşkəs sazişinin layihəsini hazırladığını bildirib. Sazişin əsas müddəası Qərbin islam dövlətlərinin işlərinə və islam təhsili prinsiplərinə müdaxilədən çəkinməsidir. Daha bir vacib müddəa ABŞ həbsxanalarından islamçılarla əlaqəyə görə tutulmuş bütün məhbusların azad edilməsidir.

Məhəmməd əz-Zəvahirinin sözlərinə görə, bunun əvəzində islamçı qruplaşmalar Qərb ölkələrinin maraqlarına qarşı hücumlar həyata keçirməyə və Qərbi hədələməyə son qoymağa, həmçinin Qərb ölkələrinin müsəlman dövlətlərində maraqlarını müdafiə etməyə hazırdırlar.

Məhəmməd əz-Zəvahiri qeyd edib ki, qardaşı bu məsələdə onun sözünə qulaq asacaq. Eyni zamanda onun artıq 10 ildir ki, qardaşı ilə danışmadığı da məlum olub.

2004-cü ildə “Əl-Qaidə”nin keçmiş lideri Üsamə ben Laden də oxşar təkliflə çıxış etmişdi. Lakin ondan sonra 52 nəfərin ölümü ilə nəticələnmiş London metrosundakı terror aktı baş vermişdi.

Məhəmməd əz-Zəvahiri Misir həbsxanalarında təxminən 14 il keçirib. Bu ilin martında Misir hərbi tribunalı ekstremizmdə və prezident Ənvər Sadatın qətlində əli olmaqda günahlandırılan Məhəmməd əz-Zəvahiriyə bəraət verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR