ABŞ prezidenti və İsrailin baş naziri arasında telefon danışığı olub
12 sentyabr 2012 14:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ prezidenti Barak Obama və İsrailin baş naziri Benyamin Netanyahu arasında İranın nüvə proqramı mövzusunda telefon danışığı olub. APA-nın məlumatına görə, bu barədə Ağ Ev açıqlama yayıb. Məlumatda bildirilib ki, söhbətdə İranın nüvə proqramının yaratdığı təhdidlər, bu ölkənin nüvə silahı əldə etməsinin qarşısının alınması məsələsi müzakirə edilib. B. Obama və B. Netanyahu ABŞ və İsrailin İranın nüvə silahı istehsalına qarşı olduğunu bir daha vurğulayıblar.
Amerika
Texasda qasırğa nəticəsində dörd nəfər ölüb
08:51
17 may 2024
Dövlət Departamenti: ABŞ Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələri dəstəkləmir
07:07
17 may 2024
Braziliya Prezidenti İsveçrədə Ukrayna ilə bağlı konfransa getməkdən imtina edib
06:00
17 may 2024
BMT maliyyə çətinlikləri fonunda qərargahda bir sıra məhdudiyyətlər tətbiq edir
05:07
17 may 2024