Bank Of Baku

Quantanamo həbsxanasından azad ediləcək 55 məhbusun adı açıqlanıb

Quantanamo həbsxanasından azad ediləcək 55 məhbusun adı açıqlanıb
# 23 sentyabr 2012 03:09 (UTC +04:00)
Bakı-APA. ABŞ hökuməti Kubada Quantanamo hərbi bazasındakı həbsxanadan azad ediləcək 55 məhbusun adını açıqlayıb.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, siyahıda 2001-ci ildə Birləşmiş Ştatlara qarşı 11 sentyabr hücumlarından 11 il sonra terrorçuluqda şübhəli bilinərək hələ də Quantanamoda saxlanılan 167 nəfərdən üçdə birinin adı yer alıb.

Məhbusların çoxu Yəməndəndir. Prezident Barak Obama 2010-cu ildə ABŞ-ın məhbusların Yəməndə Əl-Qaidə yaraqlılarının bazalarına cəlb oluna bilməsi ilə bağlı narahatlıqlarına görə onların Quantanamodan azad edildikdən sonra Yəmənə qaytarılması prosesini dayandırıb.

Azad ediləcək məhbusların adlarının açıqlanması Obama administrasiyasının 2009-cu ildə onların adlarının məxfi qalması ilə bağlı qərarının dəyişdirilməsi kimi qiymətləndirilir.

Obama administrasiyası məhbusların başqa ölkələrə təhvil verilməsi imkanları ilə əlaqədar olaraq onların adlarının gizli saxlandığını bildirib. Lakin keçirilən məhkəmə zamanı ABŞ hökuməti məhbusların təhvil verilməsi prosesi ilə əlaqədar vəziyyətin dəyişdiyini bəyan edib. Hökumətin bildirdiyinə görə, 2009-cu ildən indiyə kimi 29 məhbus vətəninə qaytarılıb, 40 məhbus isə üçüncü ölkəyə təhvil verilib.

Amerika Vətəndaş Azadlıqları Birliyi ABŞ hökumətinin məhbusların adlarını açıqlamasını alqışlayaraq, şəffaflığın müəyyən qədər təmin edildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR