Bank Of Baku

Barak Obama: “Prezidentlik karyeramı bitirdikdən sonra müəllimlik sənətinə qayıdacağam”

Barak Obama: “Prezidentlik karyeramı bitirdikdən sonra müəllimlik sənətinə qayıdacağam”
# 25 sentyabr 2012 16:19 (UTC +04:00)
Bakı-APA. Barak Obama prezident karyerasını başa vurduqdan sonra müəllimlik sənətinə qayıtmaq istədiyini vurğulayıb. APA-nın məlumatına görə, Obama bildirib ki, uşaqlarla işləmək üçün darıxır, amma ikinci dəfə ardıcıl prezident seçilməkdə israrlıdır: “Prezident postunda da görəcəyim işlər hələ çoxdur. Müəllimlik sənətinə qayıtmaq istəməyim o demək deyil ki, bütün günü sinifdə olacağam. Ölkədə səyahət etmək, uşaqlar üçün kurslar təşkil etmək istərdim. Əmin olmaq istərdim ki, bir uşağı belə diqqətdən kənar qoymuruq və bütün uşaqlar onlar üçün yaradılmış imkanlardan xəbərdardır”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 6-da keçiriləcək. Demokrat Partiyasının namizədi Barak Obama bu post uğrunda ikinci dəfə namizədliyini irəli sürüb. Seçkilərdə onun əsas rəqibi respublikaçı Mitt Romni olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR