Bank Of Baku

Nyu-York səmasında uçuşa qoyulmuş qadağanı pozan iki təyyarə yerə endirilib

Nyu-York səmasında uçuşa qoyulmuş qadağanı pozan iki təyyarə yerə endirilib
# 25 sentyabr 2012 21:14 (UTC +04:00)
Bakı-APA. ABŞ HHQ qırıcıları Nyu-York ştatının üzərindəki səmada uçan iki yüngülmotorlu təyyarəni yerə endiriblər. Bu barədə ABŞ hava-kosmik müdafiə komandanlığının nümayəndəsi Con Kornelio məlumat verib. Təyyarələr Nyu-York üzərində uçuşa qoyulmuş qadağanı pozmaqda günahlandırılırlar.

Nyu-York üzərində uçuşa qadağan BMT Baş Assambleyasının sessiyası ilə əlaqədardır.

Qadağanı pozmuş təyyarələrin pilotlarının həbs olunub-olunmadığı barədə məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR