Bank Of Baku

Olland BMT-dən Suriya müxalifətinin nəzarətində olan əraziləri müdafiə etməyi tələb edib

Olland BMT-dən Suriya müxalifətinin nəzarətində olan əraziləri müdafiə etməyi tələb edib
# 25 sentyabr 2012 23:56 (UTC +04:00)
Bakı-APA. BMT müxalifətin nəzarətində olan Suriya ərazilərini müdafiə etməli və qaçqınlara humanitar yardım çatdırılmasını təmin etməlidir. Fransa prezidenti Fransua Olland BMT Baş Assambleyasında çıxışı zamanı bunu bəyan edib.

«Mən BMT-dən bu andan etibarən Suriya xalqına bizdən istədiyi dəstəyi göstərməyi tələb edirəm. Söhbət həm azad olunmuş zonaların müdafiəsindən, həm də qaçqınlara humanitar yardımın göstərilməsindən gedir», deyə Olland bildirib.

Fransa prezidenti Suriyanın həm şimalında, həm də cənubunda azad olunmuş zonaların olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR