Bank Of Baku

Kanada nümayəndə heyəti Mahmud Əhmədinejatın BMT-dəki çıxışını boykot edib

Kanada nümayəndə heyəti Mahmud Əhmədinejatın BMT-dəki çıxışını boykot edib
# 27 sentyabr 2012 03:15 (UTC +04:00)
Bakı-APA. Kanada nümayəndə heyəti İran prezidenti Mahmud Əhmədinejatın Nyu-Yorkda BMT-nin Baş Assambleyasındakı çıxışını boykot edib.
APA-nın verdiyi xəbərə görə, bu barədə Kanada xarici işlər nazirliyinin xüsusi bəyanatında bildirilir.
Bəyanatda deyilir: “Bizim İran prezidentinin nifrətlə dolu Qərbə qarşı, antisemit çıxışını sakitcə dinləmək fikrimiz yoxdur. Onun çıxışı bu ayın əvvəlində İranla diplomatik münasibətlərin dayandırması barədə Kanada hökumətinin qəbul etdiyi qərarın düzgün olmasını bir daha təsdiq edib. İranın apardığı siyasət regionda və dünyada təhlükə yaradır”.

Kanada sentyabrın 7-də Tehranda səfirliyini bağlayıb və İran diplomatlarının Ottavanı tərk etməsinə 5 gün vaxt verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR