Bank Of Baku

Ağ Ev: Obama və Netanyahu arasında razılıq əldə olunub

Ağ Ev: Obama və Netanyahu arasında razılıq əldə olunub
# 29 sentyabr 2012 09:20 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “ABŞ prezidenti Barak Obama ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məsələsində tam razılıq əldə olunub”. APA-nın məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Açıqlamada qeyd olunur ki, hər iki lider İranın nüvə proqramı, nüvə silahlarının yayılması və terrorizmi dəstəkləmək başda olmaqla, dünya üçün təhlükə dolu təhdidlərini nəzərə alaraq ABŞ və İsrail hökumətləri arasında yaxın koordinasiya və əməkdaşlığa əhəmiyyət verir.

Obama və Netanyahunun bu mövzuda görüşlərə davam etmək qərarı aldığı da vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR