Bank Of Baku

Hillari Klinton: ABŞ NATO və BMT-də Türkiyəyə tam dəstək verəcək

Hillari Klinton: ABŞ NATO və BMT-də Türkiyəyə tam dəstək verəcək
# 03 oktyabr 2012 23:26 (UTC +04:00)
APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə xanım Klinton Suriyanın Türkiyə ərazisini insan tələfatı ilə nəticələnən atəşə məruz qoymasını qəti şəkildə pisləyib və bildirib ki, ABŞ NATO və BMT-də Türkiyəyə ərazi bütövlüyünün müdafiəsində tam dəstək verəcək.
Telekanalın məlumatına görə, son hadisələrlə bağlı Davutoğlu Fransa, Almaniya, Azərbaycan və Pakistan XİN rəhbərini məlumatlandırıb.
Xatırladaq ki, Türkiyə artilleriyası Suriyada bir neçə nöqtəyə zərbə endirib. Bu zərbə Suriya hökumətinə aid olan silahlı qüvvələrin oktyabrın 3-də Türkiyənin Şanlıurfa rayonunun Ağçaqala qəsəbəsində 5 Türk vətəndaşının nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən silahlı zərbələrinə cavab olaraq endirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR