Bank Of Baku

Hillari Klinton: “İrana qarşı sanksiyaların qısa zamanda aradan qaldırılması mümkündür”

Hillari Klinton: “İrana qarşı sanksiyaların qısa zamanda aradan qaldırılması mümkündür”
# 04 oktyabr 2012 12:21 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Hillari Klinton deyib.

Onun sözlərinə görə, İran özünün mübahisəli nüvə proqramı ilə bağlı supergüclərin suallarını cavablandırmaq istiqamətində əməkdaşlığa hazır olacağı təqdirdə, belə bir addımın atılması imkanı var.

H. Klinton deyib ki, İrana qarşı tətbiq olunmuş sanksiyalar öz təsirini göstərib: “Ancaq İran bir şeyi unutmasın ki, “altılıq” ölkələri, beynəlxalq və digər qurumlarla dürüst şəkildə əməkdaşlıq etdiyi təqdirdə, bu ölkəyə qarşı tətbiq olunmuş sanksiyalar da dərhal aradan qaldırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR