Bank Of Baku

BMT Təhlükəsizlik Şurası Türkiyə şəhərinin atəşə tutulmasına görə məsuliyyəti Suriyanın üzərinə qoyub

BMT Təhlükəsizlik Şurası Türkiyə şəhərinin atəşə tutulmasına görə məsuliyyəti Suriyanın üzərinə qoyub
# 05 oktyabr 2012 01:49 (UTC +04:00)
Bakı-APA. BMT Təhlükəsizlik Şurası Suriya ərazisindən Türkiyənin Akçakale şəhərinin atəşə tutulmasını pisləyib və hadisəyə görə məsuliyyəti Dəməşqin üzərinə qoyub.

«Təhlükəsizlik Şurasının üzvləri ən qətiyyətli şəkildə Suriya hərbçilərinin Türkiyənin Akçakale şəhərini atəşə tutmalarını pisləyir», deyə BMT TŞ-nın qəbul etdiyi bəyanatda deyilir.

Sənədə əsasən, Təhlükəsizlik Şurası beynəlxalq qanunların bu cür pozulmasına son qoyulmasını tələb edib.

«BMT TŞ üzvləri Suriya hökumətini qonşu dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməyə çağırırlar», deyə sənəddə bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR