Bank Of Baku

Kreml ABŞ-da casusluqda ittiham edilmiş ruslarla əlaqələri inkar edib

 Kreml ABŞ-da casusluqda ittiham edilmiş ruslarla əlaqələri inkar edib
# 05 oktyabr 2012 23:24 (UTC +04:00)
Bakı-APA. Kreml ABŞ-da yüksək-texnoloji hərbi avadanlığın qeyri-qanuni olaraq Rusiyaya keçirilməsi ilə məşğul olduqları ehtimal olunan rus casusları ilə əlaqəsi olmadığını bildirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ rəsmiləri Rusiya və keçmiş Sovet İttifaqının başqa respublikalarından olan 11 nəfəri casusluqda şübhəli bilərək həbs edib. Onlardan biri Qazaxıstanda anadan olan ABŞ vətəndaşıdır.
Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Rıbakov ittihamların kəşfiyyat deyil, cinayət xarakterli olduğunu deyib. Xarici İşlər nazirliyinin nümayəndəsi isə Kremlin məsələnin detallarını öyrənməyə çalışdığını bildirib.
ABŞ-ın Ədliyyə nazirliyi 2008-2012-ci illər arasında Texas ştatında Hyuston şəhərində elektronika şirkətində çalışan şübhəlilərin Rusiyaya avadanlığın göndərilməsində ixrac nəzarətindən yayınmaq məqsədilə saxta sənədlərdən istifadə edildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR