Bank Of Baku

Obama İrana qarşı növbəti sanksiya paketi üçün tədbirlər siyahısını təsdiqləyib

Obama İrana qarşı növbəti sanksiya paketi üçün tədbirlər siyahısını təsdiqləyib
# 10 oktyabr 2012 02:46 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyalar paketini həyata keçirmək üçün lazım olan tədbirlərin siyahısını təsdiqləyib.

Bu sanksiyalar paketi barədə qanun layihəsi ABŞ Konqresi tərəfindən avqustun 2-də qəbul edilib.

Sənəd İranın yanacaq, neft-kimya və qaz sənayesinin müəssisələri ilə əməkdaşlıq edən hər bir fiziki və hüquqi şəxsə qarşı sanksiyaları nəzərdə tutur. Sənədə görə İrana radio və telesiqnalların vurulması üçün avadanlıq, izləmə vasitələri, nümayişləri dağıtmaq üçün xüsusi vasitələr almaqda kömək edən şəxs və şirkətlərə qarşı sanksiyaları nəzərdə tutur. İranda insan haqlarının pozulmasında adı hallanan şəxsləri sanksiya gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR