Bank Of Baku

ABŞ «Əl-Qaidə» rəhbərliyindəki iranlılar üçün 12 milyon dollar təklif edir

ABŞ «Əl-Qaidə» rəhbərliyindəki iranlılar üçün 12 milyon dollar təklif edir
# 19 oktyabr 2012 04:49 (UTC +04:00)
Bakı-APA. ABŞ hökuməti «Əl-Qaidə» rəhbərliyində olan Möhsün əl-Fədli və Adil Radi əl-Hərbinin ələ keçirilməsinə kömək edəcək informasiyaya görə 12 milyon dollar mükafat təklif edib. Bu barədə ABŞ Dövlət departamenti və Federal Təhqiqatlar Bürosunun birgə press-relizində deyilir.

Məlumata görə, M.əl-Fədli və A.əl-Hərbi «Əl-Qaidə»nin maliyyələşdirilməsi ilə məşğuldurlar və terror şəbəkəsinin maliyyə əməliyyatlarını həyata keçirirlər. Sözügedən şəxslər Səudiyyə Ərəbistanı və Küveyt tərəfindən də axtarışa elan olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR