Bank Of Baku

Argentinanın keçmiş nəqliyyat nazirləri məhkəmə qarşısına çıxacaqlar

Argentinanın keçmiş nəqliyyat nazirləri məhkəmə qarşısına çıxacaqlar
# 20 oktyabr 2012 04:48 (UTC +04:00)
Bakı-APA. Argentina məhkəməsi iki keçmiş nəqliyyat nazirlərini mühakimə etmək barədə qərar qəbul edib. Keçmiş nazirlər bu ilin fevralında Buenos-Ayresdə qəzaya uğramış elektrik qatarının məsələsi ilə bağlı məhkəməyə cəlb olunurlar.

Fevralın 22-də baş vermiş qəzada 51 nəfər həlak olmuş, 700-dən artıq insan yaralanmışdı. Onda Buenos-Ayresin mərkəzində Once stansiyasında saatda 26 km sürətlə hərəkət edən elektrik qatarı dalana dəymişdi.

Bu işlə bağlı keçmiş nəqliyyat nazirləri Rikardo Xayme (2003-2009-cu illərdə bu vəzifəni tutub), və Xuan Pablo Şiavi (2009-2012-ci illər) məhkəməyə cəlb olunacaqlar. Hər iki şəxs hakimiyyətdən sui-istifadə etmə və xidməti borcunu yerinə yetirməməkdə günahlandırılar.

Məhkəməyə cəlb olunanlar arasında nəqliyyat nazirinin keçmiş müavini Antonio Luna, Milli nəqliyyat-nəzarət idarəsinin keçmiş müfəttişi Pedro Oçoa Romero, dəmir yollarına xidmət göstərən Cometrans şirkətinin sahibləri Serxio və Mario Sirilyano qardaşları da var.

İstintaq maşinist Marko Antonio Kordobanın baş verən hadisədə günahsız olduğunu təsbit edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR