Bank Of Baku

BMT TŞ Suriyadakı vəziyyəti müzakirə edəcək

BMT TŞ Suriyadakı vəziyyəti müzakirə edəcək
# 23 oktyabr 2012 03:53 (UTC +04:00)
Bakı-APA. BMT Təhlükəsizlik Şurasında bu gün Rusiyanın təşəbbüsü ilə Suriyadakı vəziyyətə dair məsləhətləşmələr keçiriləcək. Bu barədə APA RİA Novosti agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Rusiya nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasına 3 bəyanat qəbul etməyi təklif edib. Bəyanatlardan biri Qurban bayramı dövründə Suriyada döyüşlərə son qoyulmasına dəstəyi ifadə etməlidir. İkinci bəyanat Dəməşqdə bu günlərdə baş vermiş partlayışı, üçüncüsü isə Liviyanın Bəni-Vəlid şəhərindəki qırğını pisləməlidir.

Qurban bayramı dövründə Suriyada atəşkəs elan etmək təklifinin müəllifi BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahimidir. Dəməşqdəki partlayış oktyabrın 21-də baş verib və 10 nəfərin ölümünə səbəb olub. Liviyanın Bəni-Vəlid şəhərindəki qırğında isə ölkənin keçmiş lideri Müəmmər Qəddafinin oğlu Xamis öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR