Bank Of Baku

Peruda polislərlə alverçilər arasındakı qarşıdurmada 1 nəfər həlak olub

Peruda polislərlə alverçilər arasındakı qarşıdurmada 1 nəfər həlak olub
# 26 oktyabr 2012 03:47 (UTC +04:00)
Bakı-APA. Perunun paytaxtı Limada polis və alverçilər arasında baş verən toqquşmada bir nəfər həlak olub, 50-dən artıq insan isə yaralanıb.

Hadisəyə hökumətin Limada yalnız bir topdansatış bazarının saxlanılması barədə qərarı olub. Parada bazarının alverçiləri hökumətin bu qərarından narazılıq ifadə ediblər. Hökumət qərarını bu bazarın sanitar normalarına uyğun gəlməməyi və cinayətkarlıq üçün əlverişli məkan olması ilə izah edib.

Polis bazara girişi bağladıqdan sonra, alverçilər onlara daş, şüşə və taxta atmağa başlayıblar. Polis cavab olaraq gözyaşardıcı qaz və silahdan istifadə edib. Hazırda vəziyyətə polis nəzarət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR