“Sendi” qasırğası ABŞ və Kanadada 16 nəfərin ölümünə səbəb olub, 7 milyon nəfər işıqsız qalıb
30 oktyabr 2012 09:49 (UTC +04:00)
APA-nın “Associated Press”ə istinadən yaydığı məlumata görə, dünən sahildə suyun səviyyəsi 4 metr qalxıb. Ölkənin şərq sahillərində yaşayan 7,1 milyon insanın elektrik enerjisi ilə təchizatında problemlər yaranıb. Ümumilikdə qasırğa nəticəsində ABŞ-da 15, Kanadada 1 nəfər ölüb.
“Sendi” qasırğası ilk olaraq Nyu-Cersi ştatının Atlantik-Siti rayonunu vurub. Bundan əvvəl qasırğanın gücü zəifləyib və tufana çevrilib. Lakin fəalkət bölgəsində güclü küləklər davam etməkdədir. Ümumilikdə qasırğadan 50 milyon insanın zərər çəkəcəyi proqnozlaşdırılır. Suyun səviyyəsinin qalması nəticəsində Nyu-York metropoliteninin tunelləri və altı avtobus parkı su ilə dolub. Nyu-Yorkdan başqa Vaşinqton, Baltimor, Boston şəhərləri də qasırğadan zərər çəkib. Filadelfiyada küləyin sürəti saat 120 kilometrədək azalıb. Yaxın günlərdə “Sendi” qasırğasının Pensilvaniya ştatına daxil olacağı gözlənilir, bundan sonra Nyu-Yorkda leysan yağışları və daşqınlar gözlənilir.

Amerika
ABŞ: Biz İran prezidentinin və xarici işlər nazirinin helikopterinin sərt enişi ilə bağlı xəbərləri izləyirik
19:57
19 may 2024
Husilər Qırmızı dənizdə tankerə hücum edib
08:24
19 may 2024
Quterreş: “Yaxın Şərq ancaq Fələstinin yaradılmasından sonra sakitləşəcək”
05:31
19 may 2024
Tramp: “Baydenin IQ səviyyəsi aşağıdır”
04:58
19 may 2024