Bank Of Baku

Barak Obama Nyu-York və Nyu Cersi ştatlarını təbii fəlakət zonası elan edib - FOTOSESSİYA

Barak Obama Nyu-York və Nyu Cersi ştatlarını təbii fəlakət zonası elan edib - <font color=red> FOTOSESSİYA</font>
# 30 oktyabr 2012 17:51 (UTC +04:00)
Bakı-APA. Ağ Ev administrasiyası Nyu-York və Nyu-Cersi ştatlarının təbii fəlakət zonası elan edib. APA-nın məlumatına görə, qərara əsasən, “Sendi” qasırğasından zərər çəkmiş bu ştatların sakinləri federal büdcədən yardım ala biləcəklər.
Bundan başqa Kolumbiya dairəsi, Konnektikut, Massaçusets, Merilend, Pensilvaniya və Rod-Aylend ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Nyu-Cersi ştatında güclü külək su bəndini dağıdıb, nəticədə üç qəsəbə tamamilə su altında qalıb. Bundan başqa yerli hakimiyyət orqanları iki AES-in fəaliyyətinin dayandırılması barədə qərar qəbul ediblər.
Sosial şəbəkələrdə su basmış küçələrdə köpəkbalıqlarının üzdüyünə dair fotolar dərc olunub.
Xatırladaq ki, dünən gecə ABŞ və Kanadanın Şərq sahilləri “Sendi” qasırğasının təsirinə məruz qalıb. Qasırğa nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR