Bank Of Baku

“Sendi” qasırğasının qurbanlarının sayı 43 nəfərə çatıb

“Sendi” qasırğasının  qurbanlarının sayı 43 nəfərə çatıb
# 31 oktyabr 2012 01:36 (UTC +04:00)
Bakı-APA. ABŞ-da “Sendi” qasırğasının qurbanlarının sayı 43 nəfərə çatıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, bunlardan 18 nəfəri Nyu Yorkda həlak olub. Su altında qalan rayonlarda axtarış-xilasetmə əməliyyatı davam edir.
Nyu York metrosu yalnız bir necə gündən sonra işini davam edə biləcək. Təbii fəlakətin əsas zərbəsi Nyu-York və Nyu-Cersi ştatlarına dəyib.
ABŞ-ın şərq sahillərində bir necə min insan elektrik enerjisiz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR