Bank Of Baku

ABŞ-da “Sendi” qasırğası nəticəsində həlak olanların sayı 72-yə çatıb

ABŞ-da “Sendi” qasırğası nəticəsində həlak olanların sayı 72-yə çatıb
# 01 noyabr 2012 07:12 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, qasırğadan daha çox Nyu-Cersi və Nyu-York ştatları zərər çəkib.

Kolumbiya dairəsində dağıntılar olmasa da, qasırğa elektrik xətlərini qırıb və nəticədə Vaşinqtonda, Merilend və Virciniya ştatlarında 400 min nəfər iki gün işıqsız qalıb. Ümumilikdə isə ABŞ-ın şərq sahillərində işıqsız qalanların sayı 8 mın. Nəfərə çatıb.

Hazırda ABŞ paytaxtında bütün istehlakçıların elektrik enerjisi ilə təchizatı bərpa olunub, amma Vaşinqtona yaxın olan ən böyük yaşayış məntəqəsində - Baltimorda (Merilend ştatı) 25 min nəfər hələ də işıqsızdır.

“IHS Global Insight” şirkətinin məlumatına görə, qasırğanın vurduğu maddi zərərin həcmi 20 mlrd. dollara çata bilər. İqtisadi fəallığın aşağı düşməsi nəticəsində təkcə Nyu-York şəhəri hər gün 200 mln. dollar itirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR