Bank Of Baku

ABŞ-da yenidən güclü qasırğa gözlənilir

ABŞ-da yenidən güclü qasırğa gözlənilir
# 03 noyabr 2012 15:21 (UTC +04:00)
Bakı – APA. Yaxın günlərdə ABŞ-ın şərq sahillərində güclü qasırğanın təkrarlanacağı proqnozlaşdırılır. Yerli sinoptiklər hesab edirlər ki, qasırğanın prezident seçkilərinin keçiriləcəyi gün, noyabrın 6-da baş verəcəyi gözlənilir.

APA-nın məlumatına görə, ABŞ-ın şimal-şərq hissəsində yerləşən ştatlarda güclü külək, yağış, hətta qar tufanı müşahidə oluna bilər. Bu səbəbdən ölkə ərazisində prezident seçkilərinin keçirilməsində problemlər yarana bilər.

Xatırladaq ki, oktyabrın 30-da ABŞ-ın şimal-şərq ştatlarında baş verən qasırğa 106 nəfərin ölümünə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR