Bank Of Baku

ABŞ-da keçirilən prezident seçkilərində səsverməyə start verilib

ABŞ-da keçirilən prezident seçkilərində səsverməyə start verilib
# 06 noyabr 2012 12:42 (UTC +04:00)
APA-nın ABŞ-a ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, artıq bəzi ştatlarda ilk seçki məntəqələri açılıb.

Seçkilərdə əsas mübarizə hazırkı prezidenti Barak Obama və respublikaçıların namizədi Mitt Romni arasında gedəcək. Sorğuların nəticələrinə görə hər iki namizədin prezident seçilmək şansı eynidir. “Realclearpolitics” saytı əsas sosioloji sorğuların nəticələrini ümumiləşdirərək seçkilərdə Barak Obamanın 48,8, Mitt Romninin isə 48,1 faiz səs toplayacağını proqnozlaşdırıb.

Xatırladaq ki, “Sendi” qasırğası təbii fəlakətdən daha çox zərər çəkmiş ştatlarda səsvermənin nəticələrinə təsiri göstərəcək. Əgər Nyu-Yorkda səsvermədə iştirak edən seçicilərin sayı 25 faizdən az olsa, ştat rəhbərliyi səsvermə üçün əlavə gün təyin edə bilər. Nyu-Cersi ştatında isə səsvermə şərtləri daha da sadələşdirilib. Yerli hakimiyyət orqanları fəlakətdən zərər çəkən ərazilərdəki seçicilərin elektron poçt vasitəsilə səsvermədə iştirakına icazə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR