ABŞ-ın Nyu-Hempşir ştatında keçirilən prezident seçkilərindən REPORTAJ – EKSKLÜZİV - FOTOSESSİYA
Qeyd edək ki, Nyu-Hempşir hansı namizədi dəstəklədiyi hələlik bəlli olmayan ştatlardan sayılır. Bu səbəbdən buradakı səsvermənin nəticələrinin ölkə üzrə seçkilərin yekunlarına təsir edəcəyi şübhəsizdir.
Saat 19:00-a qədər davam edəcək seçkilərdə iştirak edəcək Nyu-Hempşir sakinləri həm də ştatın qubernatorunu, şerifini, Konqresdəki təmsilçisini və senatorunu seçəcəklər. ABŞ-da 6 noyabr iş günü olduğundan, seçici aktivliyi səhər saatlarında və saat 16:00-dan sonra müşahidə olunur.
Kin şəhərinin əhalisi demokratlara xüsusi rəğbəti ilə seçilir. Rəyini soruşduğumuz şəhər sakinləri də Barak Obamaya səs verdiklərini bildiriblər.
Kin şəhər sakini Rut Ceykobs bildirib ki, onu seçki məntəqəsinə gətirən qadın hüquqları və gələcək sarıdan narahatlıq olub. Seçimi isə Barak Obama olub.
“Səsimi demokratların namizədi Barak Obamaya vermişəm. O, yaxşı prezidentdir, hamının hüquqları uğrunda mübarizə aparır və öz işinin öhdəsindən gəlir” – deyə Keyti Keymbl bildirib.
Kollec tələbəsi Merayya Rid ailəsi respublikaçıları dəstəkləməsinə rəğmən, seçkilər öncəsi mövqeyini dəyişib və Barak Obamaya səs verib: “Namizədlərin seçki kampaniyasını diqqətlə izlədim və mənə elə gəldi ki, respublikaçılar diqqəti işsizlik məsələlərinə yönəldirlər. Obamanın çıxışı mənə daha inandırıcı gəldi”.
Şəhər sakini R.Co. həmyerliləri demokratları dəstəkləsə də, respublikaçı Mitt Romniyə səs vermək üçün seçki məntəqəsinə gəlib.
Con Tonner də adı çəkilən namizədə səs verdiyini söyləyib: “İllərdir ki, seçkilərə getmirəm. Amma bu dəfə səs vermək qərarına gəldim. Buna “Medicare” səhiyyə islahatı və sosial təhlükəsizlik məsələləri səbəb oldu”.
Kayl Vassel isə bütün namizədlərin əleyhinə səs vermək üçün seçki məntəqəsinə gəlib: “Heç bir namizədə etimadım yoxdur. 2008-ci ildə Barak Obamaya səs vermişəm. Amma indi xəyal qırıqlığına uğramışam və hamının əleyhinə səs verdim”.
Qeyd edək ki, ABŞ-da namizədlərin təbliğat-təşviqat kampaniyası seçki günü də davam edir. Yalnız bir məhdudiyyət var – bu və ya digər namizədin lehinə səs verməyə çaıran broşür və bukletlər seçki məntəqəsindən müəyyən məsafədə (məntəqənin girişindən 8-10 metr məsafədə) paylana bilər. Seçici öz istəyi ilə seçki bülletenindən və ya səsvermə üçün elektron maşından istifadə edə bilər. Nyu-Hempşirdə seçicilər seçki bülleteninə üstünlük verirlər.
Bu il ilk dəfə olaraq Nyu-Hempşirdə seçicilərdən şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Bu, üzərində fotoşəkil olan istənilən sənəd, hətta sürücülük vəsiqəsi də ola bilər. Əgər seçici öz şəxsiyyətini təsdiq edə bilmirsə, ona şərti seçki bülleteni («provisional ballots») verilir. Burada o, özü haqqında məlumatları (ünvan, sosial sığorta nömrəsi və s.) yazır. Onun səsi isə bu məlumatlar təsdiqləndikdən sonra nəzərə alınacaq.
Bu yenilik bəzi seçicilərdə narazılıq doğurub. Kin Dövlət Universitetinin elmlər doktoru Mariann Salsetti hesab edir ki, bu qayda ölkənin kasıb əhalisinin seçki hüquqlarını pozur: “Çünki onlar heç də həmişə zəruri sənədlərə malik olmurlar”.
Bununla belə, respondentlərin əksəriyyəti yeni qaydanın problem yaratmadığı qənaətindədir: “Burada əksəriyyət sürücülük vəsiqəsinə malikdir. Ona görə də xüsusi fərq olmayacaq. Bunlar yalnız səsvermə zamanı əlavə ehtiyat tədbirləridir.”
Amerika
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola biləcək hadisələrə yol aça bilər
Tramp Si Cinpinlə İran və Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Kolumbiya İranla diplomatik əlaqələrini kəsərək SEPAH-ı terror təşkilatı elan edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah” əməliyyatını xatırladıb
Xəbər Lenti
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
İçərişəhərdə dövlətə məxsus kommersiya sahələrinin hansı prinsiplərlə icarəyə verildiyi açıqlanıb
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola biləcək hadisələrə yol aça bilər
Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 7 nəfər ölüb - YENİLƏNİB
Sədr İçərişəhərin avtomobillər üçün tam məhdudlaşdırılması məsələsinə münasibət bildirib
Tramp Si Cinpinlə İran və Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Zərdabda iki gün əvvəl yol qəzasında xəsarət alan sürücü ölüb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günü başa çatıb
Azərbaycan və İndoneziya arasında dağ-mədən sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq - MÜSAHİBƏ
MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib
"Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi hazırlanacaq
"Aqrar sahə haqqında” qanun layihəsi hazırlanacaq
Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanacaq
İranda İraqa aviabiletlərin satışı dayandırılıb
Ceyhun Bayramov Nyu-Yorkda İqƏT-in iclasında Xankəndi Kommunikesinin icrasından danışıb
Azərbaycan Milli Məclisi Anım Günü ilə əlaqədar Bəyanat qəbul edəcək
Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasının gündəliyi açıqlanıb
Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub - FOTO - YENİLƏNİB
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
ƏSF əmanətlərin sığortalanması sistemi ilə bağlı yayılan yanlış məlumatlara aydınlıq gətirib
Lənkəranda 3 yaşlı uşağı döyən atalığı saxlanılıb- FOTO - YENİLƏNİB-2
Gürcüstan terrorçuluqda ittiham olunan Özbəkistan vətəndaşını ABŞ-a təhvil verib
Baş Prokurorluqda şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib
Azərbaycanla Şimali Makedoniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - FOTO
“Birliyin Gücü - 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib - VİDEO
PA Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ
“AzerGold” sədri: Azərbaycan kritik minerallar üzrə regional mərkəzə çevrilə bilər
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 50 mənzil verilib
Məcnun Məmmədov: Müasir suvarma sistemləri tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq
Nino Tsilosani Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
Nazir: Azərbaycan kritik mineral potensialını məsuliyyətlə inkişaf etdirməyə hazırdır
Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Çinli ekspert: Azərbaycanın neft-qaz gəlirlərini bərpa olunan enerjiyə yatırması təqirəlayiqdir
“Atəşgah” Sığortanın sədri İSB Himayəçilər Şurasına üzv seçilib
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Türkiyəli nümayəndə: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda kifayət qədər yaxşı təkliflər səsləndirildi
FSI rəhbəri: İtaliya texnologiya şirkətlərinin Azərbaycana gəlməsi üzərində işləyirik
Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü - FOTOLENT
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub
Qusarda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara baxış olub