Paşha Bank
Bank Of Baku

Barak Obama: “Biz səxavətli, tolerant, qapıları mühacirlər üçün açıq olan Amerikaya inanırıq”

Barak Obama: “Biz səxavətli, tolerant, qapıları mühacirlər üçün açıq olan Amerikaya inanırıq”
# 07 noyabr 2012 08:19 (UTC +04:00)
APA-nın ABŞ-a ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Barak Obama bu fikirləri Çikaqoda seçiciləri qarşısında çıxışı zamanı deyib.

O bildirib ki, prezident postunda ölkəni irəli aparmaq üçün əlindən gələni edəcək: “Biz çətin dövr yaşayırıq, lakin qərarları böyük dövlət kimi qəbul edirik. Biz səxavətli, tolerant, qapıları mühacirlər üçün açıq olan Amerikaya inanırıq, bu, bizim bölüşdüyümüz, getməli olduğumuz Amerika görüşüdür. Lakin inkişaf heç də həmişə rəvan yolla getmir, inkişaf yolu ilə getmək üçün həmişə konsensus və kompromislər tapmaq lazımdır. ABŞ iqtisadiyyatı bərpa olunur, ölkə xaricindəki uzunmüddətli hərbi kampaniyalar başa çatıb. Mən sizdən öyrənirəm, sizin üçün ən yaxşı prezident olmağa çalışacağam. Yaxın günlərdə mövcud problemləri həll etmək üçün bütün partiyaların nümayəndələri ilə işləməyə başlayacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR