Bank Of Baku

Puertorikoluların əksəriyyəti ABŞ-ın tərkibinə daxil olmağın lehinə səs verib

Puertorikoluların əksəriyyəti ABŞ-ın tərkibinə daxil olmağın lehinə səs verib
# 07 noyabr 2012 22:39 (UTC +04:00)
Bakı-APA. Karib dənizində yerləşən Puerto-Riko ada dövlətinin sakinlərinin yarıdan çoxu referendumun gedişində ölkənin ABŞ-ın tərkibinə daxil olmasına səs veriblər.

Referendumun gedişində ada dövlətinin sakinləri iki suala cavab verməli olublar. Birinci sual Puerto-Rikonun hazırkı statusunun saxlanılması barədə olub. İkinci sual, status dəyişilsə, adanın hansı yolu seçməsi barədə olub. Seçicilərə «ABŞ-ın tərkibinə ştat kimi daxil olmaq; müstəqil dövlət olmaq və «azad suveren assosiasiya» statusunu almaq variantları təklif olunub. Hazırda Puerto-Riko «ABŞ-a azad surətdə birləşmiş dövlət» statusuna malikdir.

Seçicilərin 61%-i ştat qismində ABŞ-ın tərkibinə daxil olmağın lehinə səs veriblər. Yalnız 5% adanın müstəqil dövlət olmasını istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR