Bank Of Baku

ABŞ-ın sabiq prezidenti Cerald Ford vəfat edib

ABŞ-ın sabiq prezidenti Cerald Ford vəfat edib
# 27 dekabr 2006 08:59 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Cerald Ford vəfat edib. APA-nın xəbərinə görə, bu barədə onun həyat yoldaşı Betti Ford mətbuata məlumat verib. 93 yaşlı sabiq dövlət başçısı pnevmoniya və ürək xəstəliyindən əziyyət çəkirdi. Cerald Ford ABŞ tarixində seçki yolu ilə seçilməyən yeganə prezidentdir. Prezident Riçard Nikson 1973-cü ildə vitse-prezident Spiro Aqnyunun istefasından sonra onu bu vəzifəyə təyin edib. 1974-cü ildə “Uotergeyt” skandalı nəticəsində R. Niksonun istefasından sonra Konstitusiyaya əsasən vitse-prezident C. Ford ölkə prezidenti olub. 1976-cı ildə keçirilən prezident seçkilərində o, Cimmi Karterə uduzub. ABŞ-ın 38-ci prezidenti Cerald Ford hakimiyyəti dövründə SSRİ ilə münasibətlərdə gərginliyi azaltmağa cəhd göstərib. O, SSRİ-yə səfər edərək Vladivostokda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Leonid İliç Brejnevlə görüşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR