Qondarma “erməni soyqırımı” haqqında qanun layihəsi ABŞ Senatına təqdim olunub
15 mart 2007 08:33 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, qanun layihəsinin müəllifləri demokrat senator Riçard Durbin və respublikaçı senator Con Ensiqndir. Qanun layihəsinə senatorlar Con Kerri, Edvard Kennedi və Co Liberman da imza atıb. Maraq doğuran məqam bundan əvvəl müzakirəyə çıxarılan qondarma “erməni soyqırımı” haqqında qanun layihələrini dəstəkləyən Demokrat Partiyasından prezidentliyə namizədlər Hillari Klinton, Barak Obama və Cozef Bidenin bu dəfə layihəni imzalamamasıdır. Senatda təmsil olunan 100 senatordan 21-i qanun layihəsini dəstəklədiyini bəyan ediblər. Qeyd edək ki, eyni məzmunlu qanun layihəsi ABŞ Konqresinin aşağı palatasına yanvarın 30-da təqdim olunub. /APA/
Amerika
Dövlət Departamenti: ABŞ və Rusiya kosmos məsələsində əməkdaşlıq etməlidir
03:57
4 may 2024
G7 ölkələri Ukraynaya 50 milyard dollarlıq yardım paketini nəzərdən keçirəcək
01:23
4 may 2024
Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər
00:02
4 may 2024
Kolumbiya İsraillə diplomatik əlaqələri dayandırıb
21:43
3 may 2024