Kondoliza Rays İranın xarici işlər naziri ilə görüşə bilər
25 aprel 2007 08:58 (UTC +04:00)
ABŞ dövlət katibi Kondoliza Rays mayın əvvəlində Misirdə İraqla bağlı keçiriləcək konfrans zamanı İranın xarici işlər naziri Mənuçöhr Mottaki ilə görüşə bilər. APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Corc Buş deyib. O bildirib ki, görüş baş tutsa, yalnız konfransın mövzusu və İraq məsələsi müzakirə oluna bilər: “İranlılarla ikitərəfli görüş masasına əyləşməyəcəyik”. C. Buşun sözlərinə görə, yalnız İranın nüvə silahı yaratmaq niyyətindən vaz keçmək fikri olarsa, bu ölkə ilə danışıqlar aparmaq olar. Qeyd edək ki, hələlik Tehran Misirdəki konfransda iştirakla bağlı qərar verməyib. /APA/
Amerika
Pentaqon "Northrop Grumman" hərbi sənaye korporasiyası ilə müqavilə imzalayıb
02:01
3 may 2024
Ağ Ev: ABŞ Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsindən dərin narahatlıq duyur
19:32
2 may 2024
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:33
2 may 2024
Kreml Baydenin ittihamlarına cavab verib
13:49
2 may 2024