Nyu-Yorkda Ermənistan və Çeçenistandan silah gətirərək ABŞ-da satmağı planlaşdıran erməni terrorçuların məhkəməsi başlayıb

Nyu-Yorkda Ermənistan və Çeçenistandan silah gətirərək ABŞ-da satmağı planlaşdıran erməni terrorçuların məhkəməsi başlayıb
# 23 iyun 2007 08:10 (UTC +04:00)
Özünü silah alıcısı kimi təqdim edən FTB agenti Solomyanın dəstəsi ilə əlaqəyə girərək onlardan silah-sursat almaq niyyətini bildirib. Erməni terrorçuları FTB agentini “Yer-Hava” tipli raketlər, raket mühərriki ilə işə salınan qumbaralar, tank əleyhinə raket və avtomatla təmin etməyi söz verib. Məhkəmənin baş tutduğu Manhetten ərazisinin prokuror müavini David Messey bildirib ki, ermənilər ABŞ-a silah-sursatı Ermənistan və Çeçenistandan gətirməyə planlaşdırıblar. FTB-nin agenti ermənilərə özünü “Al-Qaida”nın üzvü kimi təqdim edərək silah əvəzinə terrorçulara ABŞ-da yaşamağa və işləməyə icazə verən “Green Card” təşkil etməyə boyun olub. Ölkənin Federal Təhqiqat Bürosu erməni cinayətkar qrupun Nyu-York, Los-Angeles və Mayamidə şəbəkələrinin olduğunu da təsdiq edib. Cinayətləri sübuta yetiriləcəyi təqdirdə Artur Solomyan və onun dəstəsinin üzvlərini ömürlük həbs cəzası gözləyir. /APA/





#
#

ƏMƏLİYYAT İCRA OLUNUR