Ermənilərin Vaşinqtonda qondarma “erməni soyqırımı”na muzey tikmək niyyətləri bir-birlərini məhkəməyə verməklə nəticələnib
26 iyun 2007 09:13 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Florida ştatında yaşayan Jerar Kafesjian adlı bir erməni 7 il bundan əvvəl Vaşinqtonda qondarma “erməni soyqırımı”na həsr olunan muzey inşa etmək qərarına gəlib. Bunun üçün o, Ağ Evə yaxın olan və əvvəllər özəl Vaşinqton Milli Bankına məxsus binanı 4 milyon dollara satın alıb. Amerika Erməni Assambleyası isə bu muzeyin tikintisi üçün 500 min dollar vermək barədə öhdəlik götürüb. Lakin son 7 ildə Assambleya qeyd olunan vəsaiti Jerar Kafesjiana ödəməyib və bununla bağlı müxtəlif bəhanələr göstərib. Buna görə də J. Kafesijian ABŞ-ın federal məhkəməsinə müraciət edərək, layihəyə qoyduğu vəsaitlərin ona qaytarılmasını tələb edib və bununla bağlı Amerika Erməni Assambleyasını məhkəməyə verib. Bu il aprelin 26-da məhkəməyə müraciət edən şikayətçi Vaşinqton Milli Bankını almaq üçün xərclədiyi 4 milyon dolların əvəzində 18-20 milyon dollar tələb edib. O, bu iddiasını binanın bahalaşması ilə izah edib. Erməninin maraqlarını təmsil edən vəkil Timothy Thornton bildirib ki, Amerika Erməni Assambleyasını “avara və intriqantlardan ibarət qurum” adlandırıb. Onun sözlərinə görə, müştərisi son dollarına kimi bu qurumla mübarizə aparacaq. Vəkil qondarma “erməni soyqırımı”na həsr olunmuş muzeyin tikintisinin yalnız kağız üstündə qaldığını, böyük ehtimalla heç vaxt da reallaşmayacağını deyib. Məhkəmənin ilk iclasının isə bu il avqustun 23-ə təyin olunub. /APA/
Amerika
ABŞ-də atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb
02:03
5 may 2024
ABŞ Haitiyə 60 milyon dollar dəyərində silah göndərəcək
23:45
4 may 2024
ABŞ Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edir
09:58
4 may 2024
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 39-a çatıb
08:17
4 may 2024