Ermənilərin Vaşinqtonda qondarma “erməni soyqırımı”na muzey tikmək niyyətləri bir-birlərini məhkəməyə verməklə nəticələnib
27 iyun 2007 09:33 (UTC +04:00)
Ermənilərin Vaşinqtonda qondarma “erməni soyqırımı”na həsr olunan muzey tikmək niyyətləri layihəyə cəlb olunan ermənilərin bir-birlərini məhkəməyə verməsi ilə bitib. APA-nın ABŞ bürosunun məlumatına görə, Florida ştatında yaşayan Jerar Kafesjian adlı bir erməni 7 il bundan əvvəl Vaşinqtonda qondarma “erməni soyqırımı”na həsr olunan muzey inşa etmək qərarına gəlib. Bunun üçün o, Ağ Evə yaxın olan və əvvəllər özəl Vaşinqton Milli Bankına məxsus binanı 4 milyon dollara satın alıb. Amerika Erməni Assambleyası isə bu muzeyin tikintisi üçün 500 min dollar vermək barədə öhdəlik götürüb. Lakin son 7 ildə Assambleya qeyd olunan vəsaiti Jerar Kafesjiana ödəməyib və bununla bağlı müxtəlif bəhanələr göstərib. Buna görə də J. Kafesijian ABŞ-ın federal məhkəməsinə müraciət edərək, layihəyə qoyduğu vəsaitlərin ona qaytarılmasını tələb edib və bununla bağlı Amerika Erməni Assambleyasını məhkəməyə verib. Bu il aprelin 26-da məhkəməyə müraciət edən şikayətçi Vaşinqton Milli Bankını almaq üçün xərclədiyi 4 milyon dolların əvəzində 18-20 milyon dollar tələb edib. O, bu iddiasını binanın bahalaşması ilə izah edib. Erməninin maraqlarını təmsil edən vəkil Timothy Thornton bildirib ki, Amerika Erməni Assambleyasını “avara və intriqantlardan ibarət qurum” adlandırıb. Onun sözlərinə görə, müştərisi son dollarına kimi bu qurumla mübarizə aparacaq. Vəkil qondarma “erməni soyqırımı”na həsr olunmuş muzeyin tikintisinin yalnız kağız üstündə qaldığını, böyük ehtimalla heç vaxt da reallaşmayacağını deyib. Məhkəmənin ilk iclasının isə bu il avqustun 23-ə təyin olunub. /APA/
Amerika
KİV: ABŞ Gürcüstanda "xarici agentlər" haqqında qanunun müəlliflərinə sanksiya tətbiq edəcək
13:02
20 may 2024
Dominikanda keçirilən ümumi seçkilərdə səsvermə başa çatıb
03:14
20 may 2024
ABŞ: Biz İran prezidentinin və xarici işlər nazirinin helikopterinin sərt enişi ilə bağlı xəbərləri izləyirik
19:57
19 may 2024
Husilər Qırmızı dənizdə tankerə hücum edib
08:24
19 may 2024