Mərkəzi Kəşfiyyat İdarəsi SSRİ rəhbərlərinin izlənməsi barədə arxiv materiallarını ictimaiyyət üçün açıq elan edib

Mərkəzi Kəşfiyyat İdarəsi SSRİ rəhbərlərinin izlənməsi barədə arxiv materiallarını ictimaiyyət üçün açıq elan edib
# 28 iyun 2007 08:45 (UTC +04:00)
CAESAR/POLO/ESAU adlanan sənədlər arasında 1953-1973-cü illərdə SSRİ və Çinin daxili siyasətinin analizi, Moskva-Pekin münasibətlərinin təhlilləri var. Digər qrup sənədlərə isə MKİ-nin 60-70-ci illərdə ABŞ daxilində fəaliyyətinə dair materiallar daxildir. SSRİ və Çin haqqında 11 min səhifəlik 147 sənəd “ictimai müqavilə” adlanan proqram əsasında ictimaiyyətə açıqlanıb. MKİ-nin Fidel Kastro, Patris Lumumba və Rafael Truxilyoya qarşı hazırladığı sui-qəsd planları, jurnalistlər Cek Anderson, hazırda “Fox” telekanalında çalışan Britt Xyum, telekanalın Vaşinqton bürosunun rəhbəri Les Vaytten və “Vaşinqton Post”un redaktoru Maykl Qetlerin izlənilməsi ilə bağlı arxiv materiallarını artıq internet vasitəsilə oxumaq mümkündür. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR