İslam Konfransı Təşkilatında ABŞ-ın xüsusi nümayəndəsi olacaq

İslam Konfransı Təşkilatında ABŞ-ın xüsusi nümayəndəsi olacaq
# 28 iyun 2007 16:07 (UTC +04:00)
İslam Konfransı Təşkilatında (İKT) ABŞ-ın nümayəndəsi fəaliyyət göstərəcək. APA-nın xəbərinə görə, prezident Corc Buş Vaşinqtondakı İslam Mərkəzində çıxışında İKT yanında xüsusi nümayəndə təyin edəcəklərini açıqlayıb: “Təmsilçimiz müsəlman ölkələrinin təmsilçilərini dinləyəcək, məlumat alacaq və ABŞ-ın mövqeyini, dəyərlərini onlarla bölüşəcək. Bu, müsəlman toplumlarına dostluq və hörmət çərçivəsində qurulacaq dialoqun hər iki tərəfin maraqlarına uyğun olduğunu göstərmək üçün bir fürsətdir”.
Qeyd edək ki, indiyədək Vaşinqtonu İKT-də ABŞ-ın bu quruma sədrlik edən ölkədəki səfiri təmsil edib. İKT yanında ABŞ-ın təmsilçisinin kim olacağı hələlik bəlli deyil. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR