Albert Qorun kiçik oğlu narkotik maddə saxladığına görə həbs olunub

Albert Qorun kiçik oğlu narkotik maddə saxladığına görə həbs olunub
# 05 iyul 2007 08:22 (UTC +04:00)
ABŞ-ın sabiq vitse-prezidenti Albert Qorun oğlu narkotik maddələrin saxlanması ittihamı ilə həbs olunub. APA-nın ABŞ bürosunun məlumatına görə, 24 yaşlı kiçik Albert San-Dieqo şəhəri yaxınlığında sürət həddini aşdığına görə, yol polisi tərəfindən saxlanıb. Polislər maşından marixuana iyi gəldiyini hiss edərək axtarış aparıblar. Axtarış zamanı kiçik Albert Qorun avtomobilindən 28 qram marixuana və narkotik tərkibli preparatlar götürülüb. Kiçik Qor həbs olunduqdan bir neçə saat sonra 20 min dollar girov müqabilində azadlığa buraxılıb. Kaliforniya məhkəməsi yaxın zamanlarda Albet Qorla bağlı müvafiq qərar çıxaracaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR